Dr. Mehmet Ayhan Kuzu

Yogun ve duz bagirsaq xestelikleri uzre mutexessis

Ankara  Universiteti  Tibb Fakultəsinin Ümumi Cərrahiyyə Kafedrasının Professoru vəzifəsində çalışmaqdayam. Qastrointestinal sistem cərrahiyyəsi üzrə ixtisaslaşaraq, özəlliklə  koloproktologiya sahəsində mütəxəsis kimi işləyirəm.

TƏHSİL

1969-1980-cı illərdə  ilk, orta və lisey təhsilimi  Turk Egitim Dərnəyi (TED) Ankara Kolecində almışam , 1980-1986-cı illərdə Ankara Univresiteti Tibb Fakultəsində təhsil alaraq ,fərqlənmə ilə diplomu ilə məzun olmuşam

İş təcrübəsi

1986-cı ildə imtahanda birincilik qazanaraq , Ankara Univresiteti Tibb Fakultəsinin Ümumi Cərrahiyyə Kafedrasında tədqiqatçı olaraq əmək fəaliyyətinə başlamışam.

1991-1992-ci illərdə isə İngiltərədə Leeds Universiteti Tibb Fakultəsi Ümumi Cərrahiyə bölümündə ümumi cərrah və  tədqiqatçı assitent  olaraq işləmişəm.

Leeds Universitetində olduğum müddətdə mədə və bağırsaq xərçənginin cərrahi  müalicəsi üzərində tədqiqat işi üzərində işləmişəm. Yoğun və düz bağırsaq  xərçənginin cərrahi müalicəsində xəstənin sagalmasını və ömrünü uzadan əməliyyat  texnikalarının incəliklərini  öyrənmişəm. Xüsusən, düz bağırsaq xərçəngində əməlliyatdan sonra stoma ilə deyil, normal yolla defeksiyanı təmin edən, anal bölgəni qoruyan əməliyyat növlərinin öyrənilməsi üzərində təkmilləşmişəm. Eyni zamanda son illərdə geniş yayılmış və bütün qarın boşluğu əməliyyatlarında qapalı  əməliyyat etməyi təmin edən  laparoskopik metodlar üzrə də təhsil alaraq , bu təhsil sonrası Leeds Universitetindən “LaparoskopikCerrahi Eğitim” sertifikatına layiq görülmüşəm.

1993–cü ildən  Ümumi Cərrahiyyə ixtisası üzrə  mütəxəsisəm

1994-1998 –ci illər arasında Ankara Nümunə Egitim və Arasdırma Xəstəxanasında Ümumi Cərrahiyyə Şöbəsində  ümumi cərrah olaraq  işləmişəm .

1998ci-ildən isə Ankara Univresitetinin Ümumi Cərrahiyə kafedrasında mütəxəsis cərrah olaraq işə başlayaraq, 1999-cu ildən  Ankara Universitetinin Tibb Fakultəsinin Dosenti adını almışam

2001-ci ildə Amerika Kolon Rektum Cərrahi Dərnəyinin (ASCRS) və Amerika Cərrahi Kolecinin(ACS)  verdyi təqaüdlə altı fərqli kolorektal cərrahiyyə şöbəsində  (Cleveland Clinic Foundation, Mayo Klinik, Minneapolis Üniversitesi, Lahey Klinik, Toronto Üniversitesi və Memoroial Sloan Kettering Cancer Center) 7 ay müddətində işləmişəm.

2005-ci ildən etibarən isə Ankara Universitetinin Tibb Fakultəsinin Professoruyam.

Publikasiyalar(nəşrlər)

77-si Beynəlxalq Jurnallarda olmaqla 152 məqaləm var. Dəfələrlə Türkiyəni beynəlxalq konfranslarda dəvətli mühazirəçi  və panelist olaraq təmsil etmişəm

Təhsil layihələri

Ölkəmizdə və xaricdə  kolorektal cərrahlara yönəlmiş 10 ayrı video tədris dəsti hazırlamışam. Bu tədris layihələrində müxtəlif ölkələrdən olan dünya üzrə tanınmiş  cərrahlar, alimlər və akademiklərlə birlikdə yoğun və düz bağırsağın müasir  müalicə prinsipləri, robotik və laparoskopik metodlar, kolonoskopik diaqnoz və müalicə metodları mövzusunda geniş kompleks şəklində tədris materiallarını hazırlayıb təqdim etmişəm. Eyni zamanda Stoma ilə yaşam mövzusunda xəstə və xəstə yaxınları üçün video tədris dəsti hazırlamışam.

Mükafatlar

1992 –ci ildə  iki layihəm  Ankara Univresiteti Tibb Fakültəsi tədiqiqat layihələri içərisində birincilik qazanıb.

1993-cü ildə V Beynəlxalq Kolon və Rektum Xəstəlikləri Kongresində “Ülseratifkolitis için yapılan pouch-anal anastomozlarda mukozektominin yaşam kalitesine etkisi” adında layihə ən yaxşı təbliğat mükafatını adını alıb.

1996-ci ildə Beynəlxalq Cərrahiyə Kongresində təqdim etdiyim  “İntestinaliskemi-reperfüzyonun akciğer vasküler yatağı üzerine etkisi”adında  tədqiqat işim  birincilik qazanıb.

2000-ci ildə Eczacıbaşı Elmi Araşdırma Tibb Təşviq Mükafatını ‘İskemi ve reperfüzyonunpulmonervasküler sistemdeki vazomotor fonksiyonları etkilemektedir’ mövzusunda apardığım tədiqiqat işinə görə almışam .

2001-ci ildə Amerika Kolon Rektum Cərrahi Dərnəyinin və Amerika Cərrah Kollecinin verdiyi beynəlxalq təqaudləri qazanmışam.

2003 –cü ildə Ankara Universiteti Sağlıq Elmlərinin Elmi Laureati adını almışam

2010 və 2016-cii llərdə Amerika Kolon Rektum Cərrahi Dərnəyinin ən yaxşı elmi video mükafatına layiq görülmüşəm.

Üzvlüklər

Türk Cərrahi Türk Cerrahi Dərnəyi

Türk Kolon və RektumXəstəlikləri Cərrahi Dərnəyi

Türk Gastroenteroloji Dərnəyi

İltihabiBağırsaq Xəstəlikləri Dərnəyi

Amerikan Cərrahlar Dərnəyi  (AmericanCollege of Surgeons)

Amerikan Kolorektal Cərrahi Dərnəyi (AmericanSociety of Colon and Rectal Surgeons)

Avropa Kolorektal Cərrahi Dərnəyi (EuropeanSociety of Coloproctology)

Avropa Robotik Kolorektal Cərrahi Akademiyası (EARCRS)

Təkmilləşmə Sertifikatları

Türk Cərrahi Dərnəyi  Yeterliliyi

Laparoskopiya Sertifikatı

Kolonoskopiya Sertifikatları

ABŞ-da həkim işləmə icazəsini verən ECFMG sertifikatı

Avropa Kolorektal Cərrahiyədə  Yetərlilik Sənədi

Layihələr

Ölkəmizdə və xaricdə  kolorektal cərrahlara yönəlmiş 10 ayrı video tədris dəsti hazırlamışam . Bu tədris layihələrində müxtəlif ölkələrdən olan dünya üzrə tanınmiş  cərrahlar, alimlər və akademiklərlə birlikdə yoğun və düz bağırsağın müasir  müalicə prinsipləri, robotik və laparoskopik metodlar, kolonoskopik diaqnoz və müalicə metodları mövzusunda geniş kompleks şəklində tədris materiallarını hazırlayıb təqdim etmişəm.

“Total Mezorektal Eksiziyon – Otonom Sinir Koruyucu Rektum Kanseri Cerrahisi(Total Mezorektal Eksiziya-Avtonom Sinir Qoruyucu Düz bağırsaq Xərşəngi Cərrahiyyəsi) başlıqlı ilk layihəmdə , ölkəmizdəki cərrahlara düz bağırsaq xərçənginin cərrahi müalicəsində müasir yanaşmaları öyrətməq məqsədi ilə  video materillardan hazırlanmış tədris dəsti hazırladım.


3 DVD ibarət  “Comprehensive Step by Step Rectal Cancer Surgery”   başlıqlı ikinci layihədə  beynəlxalq miqyasda tanınan çox saylı alimlərlə  birgə  düz bağırsaq xərçənginin   tədrisinin  videodəstini  hazırlamışam.


Bağırsağın selikli qişasını(iç divarını)dəyərləndirmək üçün istifadə olunan və bağırsaq xərçənginin qarşısı alınan bir xəstəlik olduğunu təmin edən kolonoskopiya dərsini verən üçüncü layihəm “ Kolonoskopiya Atlası” başlıqlı video görüntülü tədris dəstidir.


Dördüncü layihədə isə müxtəlif xəstələliklərin müalicəsi zamanı bağırsaqları qarnın ön divarına çıxarılan xəstə və onların  yaxınlarını maarifləndirmək  üçün “ Stoma ilə Yaşam” başlıqlı video görüntülü tədris dəsti hazırladım


“Robotic Single Docking Total Mesorectal Excision” başlıqlı  5-ci  layihə çərçivəsində isə,  müasir  inkişafın  işığında bağırsaq əməliyyatlarında  robot cərrahi texnikasının  isitfadəsinə yönəlmiş  tədris vəsaiti DR.Amjad Parvaizlə birlikdə hazırlanmışdır.


Son olaraq , yoğun bağırsaq xərçənginin müalicəsinin  müasir prinsiplərini  ifadə edən “Comprehensive Step by Step Optimised Colon Cancer Treatment”  başlıqlı tədris vəsaiti bir çox ölkə alimləri ilə birlikə hazırlanaraq, təqdim olunmuşdur.